“Mançester Yunayted” qapıçı David de Xea ilə müqavilənin müddətini 2020-ci ilədək uzadıb

109

“Mançester Yunayted” klubu ispaniyalı qapıçı David de Xea ilə yeni müqavilə imzalayıb.

NUHÇIXAN klubun saytına istinadla xəbər verir ki, 28 yaşlı qolkiper 2020-ci ilədək “qırmızı şeytanlar”ın şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

Qeyd edək ki, bir müddətdir “Paris Sen-Jermen” klubu da qolkiperi heyətinə qatmağa çalışırdı. Fransa təmsilçisi qapıçıya illik 17 milyon avro məvacib təklif etməyə hazır olduğunu bildirmişdi. Xarici KİV-də yer alan xəbərlərə görə, “Yuventus” klubu da qapıçının xidmətindən yararlanmağa maraq göstərirdi.

İspaniyalı qapıçı 2011-ci ildə “Atletiko Madrid” klubundan transfer edilib. O, 333 dəfə meydana start heyətdə çıxıb. De Xea “Mançester Yunayted”in heyətində iki dəfə İngiltərə kubokunun, bir dəfə Premyer Liqanın, İngiltərə Super kubokunun və UEFA Avropa Liqasının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: