“Kommersant”: Moskvada Paşinyan haqqında etibar edilməsi mümkün olmayan tərəfdaş imici formalaşıb

178

Nüfuzlu “Kommersant” qəzetində dərc olunmuş və 2019-cu ildə Rusiyanın yaxın qonşuları ilə münasibətlərinə dair proqnozların yer aldığı məqalənin müəllifi yazır ki, “Moskvada hər bir anlaşılmaz addımın gözlənildiyi cənab Paşinyan haqqında tam olaraq etibar edilməsi mümkün olmayan tərəfdaş imici formalaşıb”.

NUHÇIXAN-ın məlumatına görə, məqalə müəllifi qeyd edir ki, ötən il Ermənistan və Belarusun liderləri Nikol Paşinyan və Aleksandr Lukaşenko KTMT-də baş katib vəzifəsini kimin tutacağı ilə bağlı razılığa gələ bilməyiblər. Qəzet yazır: “Kadr məsələsini hətta RF Prezidenti Vladimir Putinin və Nikol Paşinyanın dekabrın 27-də keçirilən görüşündən sonra da həll etmək mümkün olmayıb. KTMT-nin yeni baş katibinin təyinatı üzrə məsələnin 2019-cu ilə daşınması ilə bağlı problemdən sonra Moskvada hər bir anlaşılmaz addımın gözlənildiyi cənab Paşinyan haqqında tam olaraq etibar edilməsi mümkün olmayan tərəfdaş imici formalaşıb”.

Ermənistan üzrə ixtisaslaşmış dövlət məmurlarından biri “Kommersant”ın müxbiri ilə söhbətində erməni lideri belə xarakterizə edib: “O, nə sistemə aiddir, nə də dövlət xadimidir, çoxlu qalmaqal yaradıb və dövlətlərarası münasibətlərə bazar elementi gətirir. Ermənistanda formalaşan şəxsi hakimiyyət də narahatlıq yaradır, çünki Aleksandr Lukaşenko və Nursultan Nazarbayevdən fərqli olaraq, Paşinyanın nə edəcəyi bilinmir.

Cənab V.Putinin Nikol Paşinyanın qatı düşməni Robert Koçaryana göndərdiyi Yeni il təbriki münasibətlərin gərgin olduğunu göstərdi. Rusiyalı lider həbsdə olan erməni dostuna “cansağlığı, mətanət və ruh yüksəkliyi” arzuladı”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: