Sinoptiklərdən xəbərdarlıq: Güclü külək əsəcək

212

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir şiddətlənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 9-u axşamdan 10-u gündüzədək qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclü olacağı proqnozlaşdırılır.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 9-u axşamdan 10-u gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: