Prezident İlham Əliyev oktyabrın 30-da Kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar kənd təsərrüfatı işçisi”
Dilbazi Gülrux Hacı qızı
Həsənov Fikrət Əyyub oğlu
Sadıxova Laləzər Qafar qızı
Seyfəddinov Savalan Şahbaba oğlu
“Əməkdar müəllim”
Qurbanov Xalid Hümbətəli oğlu
Məmmədov Nurəddin Nəcəf oğlu”.