Polis Məktəbinin ilk məzunları and içiblər

798

NUHÇIXAN xəbər verir ki, Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu başa vuran gənc polis əməkdaşlarının andiçmə mərasimi keçirilib.

Andiçmədə kursu müvəffəqiyyətlə başa vuran 28 gənc polis iştirak edib. Onları bu münasibətlə təbrik edən Daxili İşlər Nazirliyinin kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov bildirib ki, əməkdaşlar bu gündən öz xidməti vəzifələrinin icrasına başlayacaqlar. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Yusif Həsənov isə qeyd edib ki, polis veteranları mütəmadi olaraq həm Daxili İşlər Nazirliyinin Orta İxtisas Məktəbində, həm də gənc polis əməkdaşlarının xidmət etdikləri polis orqanlarında olacaq, onlara lazımi köməklik göstərəcəklər.

Andiçmədən sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyini gəziblər.

                                                                       Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: