Tələbələr istehsalat təcrübəsi keçiblər 

154

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada istehsalat təcrübəsi keçən  tələbələrlə görüş keçirilib.

Təcrübə zamanı tələbələr komissiyanın müvafiq sektor və şöbələrinin fəaliyyət istiqamətləri ilə tanış olub. Onlara dövlət  qulluğuna qəbul, sənəd qəbulunun aparılması, şəxsi kabinetin yaradılması, dövlət reyestrinin aparılması, müsahibə mərhələsi, ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı ətraflı məlumat verilib. 

Tələbələr komissiyanın test mərkəzində dövlət qulluğuna qəbul üçün sınaq imtahanı vəəllimlərin dövlət ümumtəhsil müəssisələrinəə qəbul üçün test imtahanlarını əyani olaraq izləyiblər.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Dövlət  və Bələdiyyə İdarəetməsi ixtisasının 4-cü kurs tələbələri komissiyada 45 gün müddətində istehsalat təcrübəsi keçiblər. İstehsalat təcrübəsi müddətində keçirilmiş tələbələrarası müsabiqədə ilk 3 yeri tutmuş tələbələrə sertifikatlar verilib və onlara Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının nəşrləri olan “Dövlət idarəçilik nəzəriyyəsi”, “Dövlət qulluğunun hüquqi əsasları”, “Dövlət qulluğu: Nəzəriyyə və praktika” kitabları hədiyyə edilib. 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: