Tələbələr şair və yazıçılarla görüşüblər

167

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarla görüş olub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada elmi mühitin inkişafı üçün   belə görüşlərin keçirilməsinin tələbələrin dünyagörüşündə əhəmiyyətli rol oynadığını vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev bildirib ki, birliyin indiyə kimi 30-a yaxın almanaxı dərc olunub. Bunların 16-sı son 11 ildə işıq üzü görüb. Vurğulanıb ki, sovetlər dönəmində Naxçıvan Yazıçılar Birliyinin cəmi 11-12 üzvü olduğu halda, indi onların sayı 70-ə çatıb.

Tədbirdə Yazıçılar Birliyinin üzvlərindən İbrahim Yusifoğlu, Əbülfəz Ülvi, Həsənali Eyvazlı, Xanəli Kərimli, Şirməmməd Qulubəyli, Zeyqəm Vüqar, Muxtar Qasımzadə,  Elxan Yurdoğlu öz şeirlərini oxuyublar.

Tədbirdə Tarix-filologiya fakültəsinin tələbələri isə öz şeirlərini səsləndiriblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: