İspaniya Mülki Qvardiyası tennis üzrə razılaşdırılmış oyun əməliyyatları ilə məşğul olan erməni təşkilatını zərərsizləşdirib

125

İspaniya Mülki Qvardiyası “Bitures” əməliyyatı çərçivəsində peşəkar tennisçilərin ələ alınması ilə məşğul olan cinayətkar erməni təşkilatını zərərsizləşdirib.

NUHÇIXAN “El Pais”ə istinadla xəbər verir ki, cinayətkar təşkilat “Futures” və “Challenger” kateqoriyalı turnirlərdəki mərcə böyük məbləğdə pullar yatırırmış. Hazırda 15 nəfər həbs olunub ki, onların da arasında erməni qrupunun liderləri var. Ümumilikdə, istintaq altında 83 nəfər, o cümlədən 28 peşəkar tennisçi var. Xüsusilə də onlardan biri sonuncu “US Open”in və “Böyük dəbilqə” turnirinin dördüncü mövsümünün iştirakçısı olub.

Mülki Qvardiya Beynəlxalq Tennis Federasiyasının (ITF) tennisdə qayda pozuntularını yoxlayan və təhqiq edən orqanı – Tennisin Bütövlüyü Şöbəsindən (TIU) aldığı şikayətdən sonra bu əməliyyatı həyata keçirib. Erməni təşkilatının əvvəlcədən danışılmış oyun təklifi ilə müraciət etdiyi ispaniyalı tennisçi hədəfə çevrilib.

Peşəkar idmançılar ələ alındıqdan sonra təşkilatın üzvləri oyunçunun razılaşmanı yerinə yetirməsinə əmin olmaqdan ötrü turnirə gəlirdilər. Mülki Qvardiyanın məlumatına görə, 2017-ci ilin fevralından fəaliyyət göstərən cinayətkar qrup böyük gəlir əldə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: