İspaniya mətbuatı TANAP qaz boru kəmərinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdən yazır. “eldiario.es” portalında “Dörd ölkənin prezidenti Azərbaycandan Avropaya uzanan qaz kəmərinin, TANAP layihəsinin açlışını etdi” sərlövhəli məqalə yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə Türkiyənin Əskişəhər şəhərində həyata keçirilmiş və Azərbaycan qazını Avropaya daşıyacaq TANAP qaz boru kəmərinin açılış mərasimindən bəhs edilir. TANAP layihəsinin texniki imkanları, iqtisadi potensialı və perspektivləri barədə ətraflı məlumatın yer aldığı bu yazıda, kəmərin Türkiyənin qaz təchizatının Rusiyadan asılılığını azaldacağı qeyd edilir. Bildirilir ki, qaz boru kəməri Azərbaycandan başlayaraq, Gürcüstan və Türkiyədən keçməklə Yunanıstana qədər çatır və uzunluğu 1850 kilometrdir.