Ulduz mikrodalğalarının mənbəyi müəyyən edilib

214

Alimlər 20 ildir Qalaktikamızda radiasiya axınının mənbəyinin aşkar etməyə çalışırlar. Mikrodalğaların yaratdığı möcüzəvi işıqların bütün Kəhkəşan boyu parlayan almaz kimi axaraq Yerin ətrafındakı nəhəng buludlardan süzülməsi hər zaman onların diqqətini cəlb edib.

NUHÇIXAN “Nature Astronomy” saytına istinadla xəbər verir ki, astronomlar ABŞ və Avstraliya teleskopları ilə Yerdən 500 işıq ili məsafəsində yerləşən ulduzları müşahidə zamanı bu sirri açmağa nail olublar. ABŞ-ın Qərbi Virciniya ştatında “Green Bank” və Avstraliyanın Yeni Cənub Uels vilayətində “Compact Array” teleskoplarının apardıqları müşahidələr zamanı aşkar edilib ki, mikrodalğalar yalnız saniyədə milyard dəfələrlə fırlanan və böyük miqdarda almaz hissəcikləri ilə əhatə olunmuş ulduzlar tərəfindən göndərilir. Onların ətrafındakı almaz tozu çox nazik hissəciklərdən ibarətdir. Bu hissəciklərin toqquşması nəticəsində yaranan parlaq mikrodalğalar isə bütün kainata yayılır.

Əvvəlcə, tədqiqatçılar fəzanın NASA-nın “Cobe” peyki tərəfindən tərtib edilmiş tammiqyaslı radiasiya xəritəsindəki “anomal mikrodalğa emissiyası”nı öyrəniblər. Xəritədən məlum olub ki, mikrodalğaların təsiri nəticəsində kosmik fəzanın bəzi yerləri daha parlaqdır. İndiyədək mikrodalğaların yaranma səbəbini karbonla bol aromatik hidrokarbon molekullarının əmələ gətirdikləri toz dənəcikləri buludları ilə izah edirdilər. Lakin bu dalğaların hər zaman həmin buludlardan gəlmədiyini müşahidə edən alimlər yeni versiya üzərində işləyiblər.

Sonuncu kəşf isə konseptual tədqiqatın deyil, xoş bir təsadüfün nəticəsidir. Kardiff Universitetinin astronomu Ceyn Qrevis 14 nəhəng yeni ulduzun ətrafında qaz və toz halqalarını müşahidə edib. Ulduzlardan birinin toz halqasından sıçrayışla gələn mikrodalğanın görünüşünü Mançester Universitetindən olan həmkarı Enn Skeyf ilə təhlil edən astronom müəyyən edib ki, analoji mikrodalğalar yaxınlıqdakı iki ulduzdan da gəlir. Əslində, üç ulduzun göndərdiyi dalğaların mənbəyinin eynidir. Toros, Buqələmun və İlan bürclərində yerləşən bu ulduzların ətrafındakı nazik almaz tozundan kosmik fəzaya 20GHz -50GHz tezliklər arasında mikrodalğalar yayılır. C.Qrevis hesab edir ki, bu ulduzların hər birinin ətrafındakı almaz buludlarının çəkisi Merkuri planeti ağırlığındadır. Buraxılan mikrodalğaların elektrik gücü müsbət və mənfi nano (milyardda bir) almaz hissəcikləri əmələ gətirir, onlar isə öz növbəsində partlayan və nəticədə meydana çıxan yeni ulduzların fonunda kosmik fəzaya yayılan isti karbon buxarı yaradır.

Astronomlar onu da müəyyən ediblər ki, nazik almaz parçalarının bir neçəsi Yerə istiqamətlənən meteoritlər əmələ gətirir. Bu ilin aprelində Sudanın Nubiya səhrasında tərkibində almaz olan meteorit də bu qəbildəndir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: