İordaniyalı fermer orta əsrlərə aid tikili aşkar edib

115

İordaniyalı fermer Fayiz Ravaşdeh paytaxt Əmmanın 220 kilometr cənubunda yerləşən Şobak qədim qəsrinin ətrafındakı torpaq sahəsində işlədiyi vaxt orta əsrlərə aid tikili tapıb.

NUHÇIXAN yerli KİV-lərə istinadla xəbər verir ki, fermer Əyyubilər-Məmlüklər dövrünə aid (1170-1516-cı illər) qədim tikili aşkar edib. Krallığın Qədim Abidələr Departamentinin Maan bölməsinin müdiri Əşrəf Rauş bildirib ki, tapılmış tikili nadir tarixi abidədir. Günümüzədək yaxşı qalan bu binanın bir neçə tağı, mərkəzində fəvvarə olan həyəti, mozaika ilə bəzədilmiş döşəməsi və hamam otağı var.

Bildirilir ki, dövlət tarixi tikilini qorumaq məqsədilə torpaq sahəsini fermerdən satın almaq istəyir. Bu abidə İordaniyanın arxeoloji abidələri siyahısına da daxil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: