Kəngərlidə multikulturalizmlə bağlı tədbir olub

106

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda “Azərbaycanda islami dəyərlərin yaşadılması və multikulturalizm” mövzusunda  tədbir  keçirilib

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini, multikulturalizm və dini məsələlər üzrə komissiyanın sədri Səriyyə Qurbanova Kəngərli rayonunda multikulturalizmlə bağlı görülən işlərdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da multikultural dəyərlər yaşadılır və təbliğ olunur. Milli-mənəvi dəyərlərimizin qorunması, dini tolerantlıq, dövlət din münasibətləri inkişaf etdirilir. Dini mərasimlər islami qaydalara uyğun keçirilir. Vurğulanıb ki, muxtar respublikada  dini etiqad azadlığından və  multikultural mühitdən  sui-istifadə halları yoxdur.

Tədbirdə multikulturalizm və dini məsələlər üzrə komissiyanın üzvləri- müxtəlif  mövzularında çıxış ediblər.

Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: