“Instagram”da yeni funksiyalar istifadəyə verilib

150

“Instagram”da zəif görənlər üçün sosial şəbəkədən istifadəni asanlaşdıran funksiyalar istifadəyə verilib.

NUHÇIXAN “ria.ru” saytına istinadən xəbər verir ki, yeni funksiyalardan biri xüsusi texnologiya sayəsində şəkildə təsvir edilmiş obyektləri tanımağa və onları uca səslə sadalamağa imkan verir.
Bundan başqa, fotoşəkillərin əlavə edilməsi vaxtı onun təsvirini tərtib etmək mümkün olub ki, bu da zəif görən istifadəçi üçün həmin təsviri  səsləndirməyə imkan verir.

Qeyd edək ki, “Instagram” – 2010-cu ildə ABŞ-da Kevin Sistrom və Mayk Kriqer tərəfindən hazırlanmış sosial şəbəkə elementlərinə malik şəkil və videolarla  mübadilə üçün pulsuz mobil proqramdır. 2012-ci ildə “Facebook” sözügedən xidməti 1 milyard dollara satın alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: