Heydər Əliyev Universitetinin növbəti məşğələsi keçirilib

72

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Heydər Əliyev lektoriyasının  növbəti 221-ci məşğələsi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunub.

Məşğələdə bildirilib ki, aprel ayının 28-də 95 illiyi tamam olan akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın qarşısının alınmasında böyük əmək sərf edib.  Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva həmçinin yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.

Sonda görkəmli oftalmoloq-alimin həyat yolunu əks etdirən film nümayiş olunub.

Nərmin Cabbarova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: