Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib

57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfərə gedib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: