Havası ən çox çirkli olan ölkələrin adları açıqlanıb

134

Nepal və Hindistan ən yüksək çirklənmiş hava konsentrasiyası olan ölkələrdir.

NUHÇIXAN RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutu tərəfindən aparılan araşdırmada deyilir.

Araşdırmanın nəticələrinə görə, bu ölkələrdə havanın çirkli olması yerli sakinlərin ömrünü, təxminən, 4 il qısaldır. Eyni zamanda, Hindistanın Bihar, Uttar Pradeş ştatlarında havanın çirklənmə dərəcəsi daha yüksək olduğundan insan həyatının qısalan hissəsi 6 ildir.

Araşdırmada bildirilir ki, dünyada, təqribən, 5,5 milyard insan havanın çirklilik səviyyəsinin ÜST normalarından artıq olduğu bölgələrdə yaşayır. Bununla belə qeyd edilir ki, Asiya bu göstərici üzrə rekordçudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: