Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, üçüncü yarış günündə bir qadın güləşçimiz və sərbəst güləş üzrə iki idmançımız mübarizəyə qoşulub.
Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev (70 kq) böyüklərin mundialında debüt görüşündə ötən il dünya 2-si olan amerikalı rəqiblə üz-üzə gəlib. Təcrübəli həmkarı ilə başa-baş mübarizə aparan yığmamızın gənc üzvü minimal hesabla uduzub.
Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov (97 kq) mundiala inamlı start verib. Təmsilçimiz təsnifat mərhələsində iranlı rəqibinə ilk hissədə qalib gəlib. Həmçinin koreyalı həmkarını da vaxtından əvvəl tuşe ilə məğlub edən güləşçimiz dörddəbir finala yüksəlib.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Tatyana Omelçenko (59 kq) ilk mərhələdə rusiyalı rəqibi ilə bacarmayıb.