Qreypfrutun bilmədiyiniz ziyanı

230

Vitamin, mineral, orqanik turşularla zəngin olan qreypfrut çox faydalı meyvədir.

Qreypfrut ürək-damar sistemini möhkəmləndirir, orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, həzmi yaxşılaşdırır,  immun sisteminə müsbət təsir edir, orqanizmin tonusunu qaldırır, arıqlamağa kömək edir.

Lakin bütün bu faydalı xüsusiyyətlərlə yanaşı qreypfrutun çox ciddi ziyanlı xüsusiyyəti də var.

Alimlər araşdırıb ki, qreypfrut və xüsusilə də onun şirəsi bir çox dərmanların təsiri dəyişir – azaldır və ya əksinə artırır. Bu isə təhlükəli ola bilər.

Bunun səbəbi ondadır ki, qreyprutun tərkibində olan maddələr dərmanların qaraciyərdə parçalanması prosesini sürətləndirə və ya əksinə ləngidə bilər. Bu isə dərmanın qanda səviyyəsini azaldır və ya artırır və bununla müvafiq olaraq orqanizmə olan təsiri də dəyişir.  Bir çox hallarda bu çox təhlükəli ola bilər.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, hal-hazırda mütəxəssislər 53 belə dərmanı qeyd edir.

Bu dərmanlar arasında: xərçəngin müalicəsində istifadə olunan preparatlar, bəzi antibiotiklər, statinlər, ürək dərmanları, sinir sistemi pozulmalarında təyin olunan dərmanlar, immunosupressantlar, viaqra, antiqistamin preparatları və s.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: