Görkəmli maarifçi və dilçi Məhəmməd ağa Şahtaxtlının anım günü keçirilib

130

NUHÇIXAN xəbər verir ki, Şahtaxtı kəndindəki Şahtaxtinskilər Muzeyində görkəmli maarifçi və dilçi Məhəmməd ağa Şahtaxtlının anım günü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq görkəmli maarifçi və dilçi Məhəmməd ağa Şahtaxtlının Azərbaycanda maarifçiliyin in­kişafında xüsusi xidmətlərindən, XX əsrin ilk Azərbaycan qezeti – “Şərqi-Rus”un yaradıcısı olmasından ­danışıb.

Sonra Məhəmməd ağa Şahtaxtlının həyat və fəaliyyəti ilə bağlı çıxışlar dinlənilib.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: