Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

158

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni www.nmn.az saytının təqdimatı keçirilib.

Təqdimat mərasimində nazirliyin İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev çıxış edərək bildirib ki, nazirlik muxtar respublikada mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin əsasnaməsində öz fəaliyyəti ilə əhalinin məlumatlandırılması üçün internet saytının yaradılması qarşıda duran vəzifələrdən biri kimi əksini tapmışdır. Ötən dövrdə nazirliyin yeni saytı hazırlanıb.

Vurğulanıb ki, yeni saytın istifadəyə verilməsi nazirliyin fəaliyyətində olan yeniliklərin, mədəniyyət və incəsənət sahəsində həyata keçirilən tədbirlərin daha geniş və çevik işıqlandırılmasına şərait yaradacaqdır. Bu həm də mədəni dəyərlərin təbliğində əhəmiyyətli rol oynayacaqdır.

Yeni yaradılmış internet saytı 6 bölmə, 21 alt bölmə və 21 yarım­bölmədən ibarətdir. Bu bölmələrdə nazirliyin strukturu, tabeliyində olan mədəniyyət müəssisələri, qədim diyarımızın tarixi-mədəni abidələri haqqında məlumatlar öz əksini tapıb.

Yeni sayt Naxçıvanın mədəniyyət tarixi, müasir mədəni inkişafı ilə bağlı istifadəçilərə hərtərəfli məlumat verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: