Gənc cüdoçularımız açıq Avropa kuboku yarışlarında beş medal qazanıblar

142

Avstriyada gənc cüdoçular arasında keçirilən açıq Avropa kuboku turnirinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, baş məşqçi Elçin İsmayılovun yetirmələri Leybnits şəhərində təşkil olunan turnirdə 5 medal qazanıblar.

Avropa kubokunda 55 kiloqram çəki dərəcəsində yarışan Rövşən Əliyev Braziliya, Qazaxıstan və Ukrayna cüdoçularına qalib gələrək finalda Yaponiya təmsilçisi Daiçi Takano ilə qarşılaşıb. Güclü rəqibinə uduzan Rövşən Əliyev Avstriyada gümüş medalla kifayətlənib. Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev və Rəqşan Baxşəliyev bürünc medala sahib olublar. Millimizin üzvləri Ramilə Əliyeva (44 kq) və İbrahim Əliyev (66 kq) turniri üçüncü pillədə başa vurublar.

Beləliklə, gənc cüdoçularımız Leybnits beynəlxalq turnirində 1 gümüş və 4 bürünc medal qazanıblar.

Qeyd edək ki, Avstriyada 39 ölkədən 580 cüdoçu medallar uğrunda yarışıb. Azərbaycan beynəlxalq turnirdə 21 cüdoçu ilə təmsil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: