Plyonkalı “Canon” kameralarının satışı dayandırılıb

95

“Canon” şirkəti “EOS-1v” adlı sonuncu plyonkalı kamera modelinin satışını dayandırıb.

NUHÇIXAN xəbər verir ki, ilk dəfə 2000-ci ildə buraxılan “Canon EOS-1v” kamerasının istehsalı 2010-cu ildə dayandırılsa da, indiyədək şirkət tərəfindən qalıq hissələrin satışı davam etdirilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, 31 oktyabr 2025-ci ilədək “Canon EOS-1v” kamerasının təmiri üzrə servislərin göstərilməsi davam etdiriləcək. Lakin təmir üçün sifarişlərin qəbulu artıq 31 oktyabr 2020-ci ildən dayandırıla bilər. Təmirlə bağlı qərar yığılıb qalan ehtiyat və komplekt hissələrindən asılı olacaq.

Qeyd edək ki, plyonkalı “Canon” kameralarının satışının dayandırılmasına baxmayaraq bu, plyonkalı kameralar dövrünün tam bitməsi deyil. Çünki “Nikon” şirkəti iki plyonkalı kamera modelinin (F6 və FM10) satışlarını davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: