“Fövqəladə hallar uşaqların gözü ilə” adlı tədbir keçirilib

294

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda praktik tədbir keçirilib. Tədbirdə 6 müəllim və məktəbəqədər qrupun 39 fidanı iştirak edib.

Tədbirdə məişətdə və ətraf mühitdə baş verə biləcək təbii və texnogen qəzalar uşaqların dili ilə böyüklərə çatdırılıb. Buna görə səhnəciklər hazırlanıb. Səhnəciklərdə dəm qazı ilə zəhərlənmə və ondan qorunma yolları, zərərçəkənlərə ilk yardımın göstərilməsi qaydası  əks olunub. Bundan başqa, civə dağılmaları və onun təhlükəsiz təmizlənməsi qaydaları , yanğın zamanı körpələr tərəfindən qaynar xətlərə necə zəng edilməsi, zərərçəkmişin yanğın ocağından xilas olunması və ilk yardımın göstərilməsi əyani şəkildə sərgilənib. Həmçinin azyaşlı körpələrin radiasiya təhlükəsi zamanı özlərini fərdi mühafizə vasitələrindən istifadə etməklə qorumaq bacarığını aşılamaq üçün uşaqlar arasında yarış təşkil edilib. Əleyhqazı düzgün və cəld geyinən qalib komanda müəyyən olunub.

Tədbirdə səhnəciklərlə yanaşı fövqəladə hallara aid mahnılar da uşaqlar tərəfindən ifa edilib.

Sonda uşaq baxçasının hazırladığı fövqəladə hallara aid əl işləri qonaqlara təqdim edilib, fəal iştirak edən uşaqlara diplomlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: