Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu AMEA Naxçıvan Bölməsində olub

134

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Türkiyə Respublikasının Naxçıvan şəhərindəki baş konsulu Mehmet Emin Kiraz AMEA Naxçıvan Bölməsində olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev qonağı salamlayaraq Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərindən, həmçinin bölmənin yaranma tarixi və müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işləri barədə məlumat verib, aparılan araşdırmaların əhəmiyyətindən söz açıb.

Görüşdə iştirak edən AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli və Əbülfəz Quliyev Türk Cümhuriyyəti Baş Nazirliyinin Osmanlı Arxivində saxlanılan Naxçıvanla bağlı mühüm tarixi sənədlərin əhatəli elmi araşdırmalara cəlb olunmasından danışıblar. Həmçinin Türk Dil Qurumunun yeni yayılan kitablarının əldə edilməsi, o cümlədən qardaş ölkənin muzey və kitabxanalarında Baba Nemətullah Naxçıvaninin əlyazma nüxsələrinin elektron variantının əldə edilməsinin zəruriliyini bildiriblər.

Naxçıvan Bölməsi ilə tanışlıqdan məmnunluğunu bildirən Mehmet Emin Kirazbu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib.

Görüş zamanı “Naxçıvan: tarixi və abidələri” və “AMEA Naxçıvan Bölməsi haqqında”Azərbaycan və ingilis dillərində nəşr olunan  kitablar qonağa hədiyyə edilib. Baş konsul isə “Böyük Səlcuklu Mirası” adlı kitabı bölməyə bağışlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: