FIFA təltifetmə mərasimlərində bütün namizədlərin iştirak etməsi üçün yeni qaydalar hazırlayır

144

FIFA hər il keçirilən və müxtəlif nominasiyalar üzrə qaliblərin elan olunduğu təltifetmə mərasimlərində bütün namizədlərin məcburi qaydada iştirak etməsi üçün yeni qaydalar tətbiq edəcək.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, FIFA prezidenti Canni İnfantino ali futbol qurumunun hüquqşünaslarına bu barədə təlimat verib.

Buna səbəb “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin və “Yuventus”un portuqaliyalı forvardı Kriştiano Ronaldonun bu il sentyabrın 24-də Londonda keçirilən və cari il üçün mövsümün ən yaxşı futbolçusunun adının açıqlandığı mərasimdə iştirak etməmələri olub. Portuqaliyalı baş mükafata, Messi isə ən yaxşı qolun müəllifi üçün nəzərdə tutulan “Puşkaş” mükafatına namizəd idi.

FIFA prezidenti Cianni İnfantino hər iki futbolçunun həmin mərasimə gəlməməsindən qəzəblənib. O, FIFA-nın hüquqşünaslarına namizədlərin gələcəkdə mərasimlərdə iştiraka məcbur edəcək üsullar tapmaq barədə göstəriş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: