2020-ci ilin sonunadək “Facebook” sosial şəbəkəsi tamamilə bərpaolunan enerji mənbələrindən istifadəyə keçmək, həmçinin şirkətin fəaliyyəti ilə bağlı yaranan istixana qazları tullantılarını 75 faiz azaltmaq niyyətindədir.
NUHÇIXAN “hitech.newsru.ru”ya istinadla xəbər verir ki, “Facebook” dünyada bərpaolunan mənbələrdən əldə edilən enerji üzrə ən böyük korporativ alıcılardan biridir. Məsələn, 2013-cü ildən şirkət külək elektrik stansiyalarında 3 QVt-dan çox enerjinin hasil edilməsinə dair müqavilələr imzalayıb. Bundan başqa, şirkət öz məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə külək və günəş enerjisinin inkişaf etdirilməsi layihələrini dəstəkləyir.