“Eurovision 2019” mahnı müsabiqəsinin loqosu açıqlanıb

126

İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsinin loqosu açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, yarışmanın loqosunda əksini tapan ulduzu yaratmaq üçün üç ədəd üçbucaqdan istifadə edilib.

Müsabiqənin icraçı direktoru Con Ola Sand bildirib ki, dünyanın ən qədim simvollarından biri olan üçbucaq sənət, musiqi, kosmologiya, təbiətdə ünsiyyət və yaradıcılığı təmsil edən universal bir nişandır.

Qeyd edək ki, “Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.

Mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzularına sərbəstlik ver”) olacaq. İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu “Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: