Culfada müşavirə keçirilib

479

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda 2018-ci ildə görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirə olub.

Müşavirədə rayon icra hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə çıxış edərək görülən işlər barədə məlumat verib.  Qeyd olunub ki, rayonda özəl sektorun inkişafı 2018-ci ildə də davam etdirilib. 2018-ci ilin yanvar-sentyabr aylarında rayonda  310 yeni iş yeri açılıb ki, bunun da 291-i özəl sektorun payına düşür. 

Vurğulanıb ki, ötən ildə Culfa şəhərində “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin Servis mərkəzi, rayonun Dizə kəndində tam orta məktəb, kənd və xidmət mərkəzləri istifadəyə verilib, Yaycı-Dizə arası 5 kilometrlik yol, eləcə də kənddaxili yollar asfaltlanıb. Həmçinin Qazançı kəndində yeni sosial obyektlər istifadəyə verilib. Eyni zamanda kənddə XVII əsrə aid Qazançı körpüsü tarixi-memarlıq abidəsinə də ikinci həyat verilib.

Rayon icra hakimiyyəti başçısının müavini ötən il təhsil sahəsində əldə olunan nailiyyətlərdən, həmçinin digər sahələrdə görülən işlərdən də bəhs edib.

Vüsal Məmmədzadə ötən il bir sıra idarə və müəssisə rəhbərlərinin fəaliyyətində bir sıra nöqsanlara yol verildiyini də qeyd edib. Bildirilib ki, aparılan yoxlamalar zamanı bəzi kənd yaşayış məntəqələrinin təmizliyi ilə bağlı çatışmazlıqlar aşkar olunub. Eyni zamanda bir sıra idarə və müəssisələrdə əmək və icra intizamı, həmçinin yaradılan infrastruktur obyektlərinə biganəliklə bağlı nöqsanlar qeydə alınıb. Buna görə də idarə və müəssisə rəhbərləri fəaliyyətlərini ətraflı təhlil edərək yol verilən nöqsanların yaranma səbəblərini ciddi şəkildə araşdırmalı, yaranan problemlər vaxtında aradan qaldırılmalıdır. 

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: