“EurActiv” xəbər portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”

113

Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” xəbər portalında bu il dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında keçirilmiş görüş barədə “NATO: Baku is ‘perfect venue’ for talking to Russia” (https://www.euractiv.com/section/defence-and-security/news/nato-baku-is-perfect-venue-for-talking-to-russia/) başlıqlı yazı dərc edilib.

NUHÇIXAN-ın məlumatına görə, yazıda bildirilir ki, Azərbaycanın paytaxtı 2018-ci il ərzində artıq ikinci dəfədir ki, bu formatda görüşün keçirilməsinə ev sahibliyi edir. Qeyd olunur ki, Prezident İlham Əliyev ilə görüşü zamanı NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti Bakının NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkan olduğunu və Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.

Bununla yanaşı, yazıda Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də görüşlə bağlı fikirlərinə yer ayrılıb: “Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahədə əməkdaşlığı əhatə edir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır və ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır. Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun “diplomatik paytaxtı” olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: