Ermənistanlı hərbçilər yol-nəqliyyat hadisəsi nəticəsində yaralanıblar

112

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xocalı yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu yol-nəqliyyat hadisəsi nəticəsində yaralanıb.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, hərbi hissəyə məxsus avtomobil mülki nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hərbi avtomaşını idarə edən əsgərin ayağı sınıb. Onunla birlikdə olan Arsen adlı (soyadı gizlədilir) zabitin vəziyyəti ağır olduğundan təcili Xankəndi hərbi hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma başlayıb.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun hərbi hissələrindən birində xidmət edən Kyaj adlı hərbi qulluqçu isə xidmət yerinə qayıdarkən şəxsi avtomobili ilə qəza törədib. Hərbçinin yaxınlarının sosial şəbəkədə paylaşdıqları xəbərdə deyilir ki, hadisə nəticəsində ağır bədən xəsarətləri alan həmin şəxs Ağdərə hospitalına yerləşdirilib.

Həkimlər onun hərbi xidmətə yararlı olub-olmayacağının müalicədən sonra müəyyənləşəcəyini deyirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: