Aviakassa binasının inşası yekunlaşmaq üzrədir

381

NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhərində inşa olunan aviakassa binasında son tamamlama işləri görülür. Heydər Əliyev prospektində inşa olunan aviakassa üçün bina 2 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində gözləmə zalı,  bilet satış kassaları, təhlükəsizlik    texniki otaqlar, eyni zamanda  məlumat köşkü yaradılıb. İkinci mərtəbədə isə aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx inşa olunub. Hazırda binada işlər demək olar ki, yekunlaşdırılıb. Binanın həyətində abadlıq işləri görülür. Yaxın günlərdə aviakassanın xidmətlərindən rayon sakinləri yararlana biləcəklər.

Bina istifadəyə verildikdən sonra aviakassada rayon sakinlərinə Naxçıvan-Bakı və digər istiqamətlərlə yanaşı, həm də Bakı şəhərindən başqa ölkələrə getmək üçün də bilet satışı həyata keçiriləcək.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: