Ermənistanda etiraz aksiyaları intensiv hal alıb

92

Ermənistanın yeganə quru yolu olan Yuxarı Lars sərhəd-keçid məntəqəsi bir neçə gündür bağlıdır. Sərhəddə qalan insanlar əsəblərinin tarıma çəkildiyini deyirlər. Yüzlərlə yük avtomobili yaranmış problemin nə vaxt həll olunacağını gözləyir.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, ölkənin nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Armen Pambuxçiyan hələ şənbə günü vətəndaşlara keçid məntəqəsinin açılacağı ilə bağlı söz vermişdi. O demişdi ki, ucqar ərazilərdə güclü qar yağdığından yolun dolayları gediş-gəliş üçün təhlükəlidir. Rəsmi açıqlama yükdaşımalarla məşğul olan şirkətlərdə ciddi narahatlıq yaradıb. Onlar bu müddətdə xeyli pul itirəcəklərini bildirirlər. İqtisadçılar da hesab edirlər ki, Yuxarı Lars sərhəd-keçid məntəqəsinin bir gün də bağlı qalması yükdaşımalarla məşğul olan şirkətlər üçün təhlükəlidir. Hökumət uzun illərdir bu problemi həll edə bilmədiyindən eyni hal illərdir təkrarlanır. Ona görə də yükdaşımalarla məşğul olan əksər şirkətlər Ermənistana yük gətirməkdən imtina edirlər.

Yerevan zooparkının əməkdaşları da tətilə başlayıblar. Etirazçılar direktor Ruben Xaçaturyanın istefasını, sosial vəziyyətlərinin yaxşılaşdırılmasını tələb edirlər. Bildirilir ki, Yerevan zooparkı məhv olmaq üzrədir. Hər gün heyvanlar naməlum səbəblərdən ölür. Sonuncu dəfə 800 min dram qiyməti olan maral tələf olub. Heyvanların kütləvi qırılma səbəbi heyvanat parkında gərginliyi artırıb. Aksiya iştirakçıları zoopark sakinlərinin pis şəraitdə, üstəlik ac saxlanıldığını iddia edirlər. Onlar özlərinin də xidmətləri müqabilində cüzi əməkhaqqı aldıqlarını hökumətin diqqətinə çatdırmaq üçün tətilə başladıqlarını bəyan ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: