Xalq qəzetində Babək rayonu ilə bağlı yazı dərc olunub

196

NUHÇIXAN xəbər verir ki,  bu gün ölkənin ən nüfuzlu gündəlik ictimai-siyasi mətbuat orqanı olan  Xalq qəzetində “Ulu öndərin yadigarlarından biri”  başlıqlı geniş məqalə  yer alıb. Naxçıvan Muxtar Respublikasının  Babək rayonun 40 illiyi münasibəti ilə yazılan məqalədə rayonun sosial -iqtisadi tərəqqisi , son illər keçdiyi inkişaf yolundan bəhs olunur. Vurğulanır ki, 1978-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan və Azərbaycan xalqının qəhrəmanı Babəkin adı verilən rayon ümummilli liderin tarixi keçmişimizə verdiyi qiymətin təzahürüdür.  Rayon bu gün öz sosial-iqtisadi göstəriciləri ilə muxtar respublikada mühüm yer tutur.

Babək rayonunun yaradılmasının tarixi əhəmiyyətini və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafındakı rolunu nəzərə alan Ali Məclisin Sədri  Vasif Talıbov 2008-ci il iyunun 7-də Babək rayonunun təşkil olunmasının 30,  2018-ci il fevralın 16-da isə 40 illiyi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara uyğun olaraq, tədbirlər planı təsdiq olunub və  silsilə tədbirlər keçirilib. Bir qəsəbə və 35 kəndi  birləşdirən, 828,4 kavadratkilometr əraziyə malik olan Babək rayonu zəngin  keçmişə və bu tarixi özündə əks etdirən möhtəşəm mədəni irsə malikdir- bu faktlar da məqalədə yer alıb. Bundan başqa yazıda  Babək rayonun tarixi , qorunub saxlanılan qədim abidələri, sosial infrastrukturu, müasirləşən kəndləri  və digər dəyərləri haqqında geniş söhbət açılır. Yazının müəllifi Naxçıvan Televiziyasının    baş redaktoru Ramal Məmişovdur.

Məqalənin  daha geniş məzmunu ilə Xalq qəzetinin səhifəsində tanış ola bilərsiniz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: