Ermənistan rəsmiləri ölkədə donuz qripi virusunun yayılmasını gizlətməyə çalışır

117

Ermənistanda qrip virusundan ölənlərin sayı artıb. Ölənlərdən 10-da məhz H1N1 virusu (donuz qripi) aşkar edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Mətbuatın yazdığına görə, Ermənistanın səhiyyə naziri bu faktları gizlətməyə çalışır.

Ermənistan səhiyyə nazirinin səlahiyyətlərini icra edən Liana Torosyan ölkədə donuz qripinin (H1N1 virusu) yayılması ilə bağlı xəbərləri təkzib edib. O deyib: “Hazırda Avropada olduğu kimi Ermənistanda da H1N1 virusu qeydə alınıb. Amma bu çox təhlükəli deyil və biz bunu şişirtməməliyik”.

Ermənistan Səhiyyə Nazirliyindən bildiriblər ki, yanvarın 8-dək “donuz qripi” simptomları ilə xəstəxanalara 642 nəfər müraciət edib, lakin onlardan 597 nəfərinə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Nazirlik əhalini sakitləşdirməyə, təlaş keçirməməyə çağırıb və bildirib ki, vəziyyət “nəzarət altındadır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: