Ötən il 3 geoloji kəşfiyyat quyusu qazılıb

123

NUHÇIXAN xəbər verir ki, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleksin yaradılması qədim diyarın geologiyasının hərtərəfli öyrənilməsinə imkan verib.

Geoloji kəşfiyyat işləri kameral və çöl şəraitində aparılıb. Naxçıvan duz mədənində yeni istismar şaxtasının  tapılması üçün 3 geoloji kəşfiyyat quyusu qazılıb və quyudan alınan nəticələrə görə  şaxtanın yeri dəqiq  müəyyən olunub.

İdarə tərəfindən Toydaş ərazisində mis-molibden yataqlarında, Şurut sahəsindən faydalı qazıntılarda, eləcə də Kəngərli rayonunun Qarabağlar kəndində inşaat materialları və Babək rayonunun Çeşməbasar sahəsində isə gil yataqlarında axtarış-qiymətləndirmə işləri aparılıb. Digər strateji əhəmiyyətli faydalı qazıntıların öyrənilməsi sahəsində də kəşfiyyat-axtarış işləri davam etdirilib.

Yeni 700 metr dərinliyə qədər qazma imkanı olan müasir avadanlığın alınması kəşfiyyat və axtarış işlərinin səmərəliliyini daha da artırıb.

Geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin  geniş  miqyasda tanıdılması və təbliğ edilməsi məqsədi ilə yaradılan Geoloji muzeydə Bakı şəhərindən gətirilən muxtar respublikaya aid paleontoloji tapıntı nümunələri də nümayiş olunur.

Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: