Ermənistan hərbi sahədə də iflasa uğrayıb

120

Müdafiə nazirliyi yanvar-noyabr ayları ərzində 34 itki verdiklərini açıqlasa da, Helsinki Vətəndaşlıq Assambleyasının İrəvan ofisi rəsmi məlumatı təkzib edir. Erməni ekspertlər, ölkənin müstəmləkə vəziyyətində olduğunu, hakimiyyətin isə  əvvəlki hökumətin siyasətini davam etdirdiyini bildirirlər.

Ermənistan ordusunda baş verən ölüm halları cəmiyyətdən gizlədilir. NUHÇIXAN xəbər verir ki, bu barədə  Helsinki Vətəndaşlıq Assambleyasının İrəvan ofisinin rəhbəri Artur Sakunts məlumat verib. Onun sözlərinə görə yanvar-noyabr ayları ərzində Ermənistan ordusunda baş verən ölüm hallarının statistikası həqiqəti əks etdirmir. Rəsmi dairələr  34 belə hadisənin qeydə alındığını bildirir. Helsinki Vətəndaşlıq Assambleyasının İrəvan ofisi  isə ölən hərbi qulluqçuların yaxınlarından əldə etdiyi məlumatlar əsasında 44 ölüm hadisəsinin baş verdiyini üzə çıxarıb. Onlardan yalnız 34-ü rəsmiləşdirilib. Ölkədə baş verən inqilab belə  heç nəyi dəyişməyib.  Apreldə reallaşan hadisələr hərbi xunta rejimini və oliqarxiyanı təmamilə dağıtmağı nəzərdə tuturdu. Bunun  isə əksi oldu. Bu barədə Ermənistanın  “Araçin lratvakan” xəbər agentliyində təşkil olunan debatda məlumat verilib. Diskusiya “Biz” ittifaqının üzvü Təhminə Vardanyan, yeni yaradılan “Sasna Tsrer” partiyasının üzvü Qevork Safaryan və Helsinki Vətəndaş Assanbleyasının İrəvan ofisinin rəhbəri Artur Sakuntsun iştirakı ilə aparılıb. Eksperlər bildiriblər ki, ölkə müstəmləkə vəziyyətindədir, hakimiyyət  isə  əvvəlki hökumətin siyasətini davam etdirir. Hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə  məxməri inqilabın əsas səbəbi, illərdir həll edilməyən problemlər, korrupsiya və avtoritar sistem idi. Amma heç nə dəyişmədi. Hətta seçki qanunvericiliyi də keçmiş iqtidarın dövründə olduğu kimi qalıb. İnstitutlar və idarəetmə sistemi sahəsində heç bir islahat aparılmayıb.  Ermənistanın iqtisadi azadlıq, həmçinin təhlükəsizlik və xarici siyasət problemləri var. Qevork Safaryanın fikrincə, Ermənistan üçün strateji əhəmiyyət daşıyan bütün mövzular ətrafında siyasi qüvvələrin dəqiq mövqeyi yoxdur. Təhminə Vardanyan da yeni hökuməti kəskin tənqid edərək hakimiyyəti ikili oyun oynamaqda günahlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: