YAP-ın yaradılmasının 26-cı ildönümü Naxçıvan Müəllimlər İnstitutunda qeyd edilib

244

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Müəllimlər İnstitutunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə institutun rektoru, tarix üzrə fəlsəfə doktoru Elburus İsayev YAP-ın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini qeyd edib.

YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli , YAP Naxçıvan şəhər təşkilatı İdarə heyyətinin üzvü, Naxçıvan Müəllimlər İnistitutu ərazi ilk partiya təşkilatının sədri Çapay Quliyev və YAP Naxçıvan Müəllimlər İnistitutu Gənclər Birliyinin sədri Ruhid İslamlı konfransda çıxış ediblər.

Vurğulanıb ki, Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən, milli tələbatdan irəli gəlib.

Tədbirdə Yeni Azərbaycan Partiyasına  üzv qəbul olunmuş Naxçıvan Müəllimlər İnistitutunun tələbələrinə partiya vəsiqələri təqdim olunub.

Tədbirin bədii hissəsində İnistitut tələbələrinin ifasında şeirlər bədii qiraət olunub, mahnılar səsləndirilib.

                                                     Vüsal Muradov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: