Dövlət Bayrağı Günü muzeydə qeyd edilib

154

NUHÇIXAN xəbər verir ki, Dövlət Bayrağı MuzeyindəNaxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günün”ə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər. İştirakçılara Naxçıvanın Azərbaycanın milli dövlətçilik tarixində tutduğu mühüm yer, burada yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələri haqda məlumat verilib.

Qeyd olunub ki,  xalqımızın yenilməzlik ruhu bu gün milli siyasət və ideologiyanın ən mühüm simvolu olan Azərbaycanın üçrəngli bayrağında öz təsdiqini tapıb. Bayrağımız  28 il bundan əvvəl, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb. Müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin daşıyıcısı olan üçrəngli bayrağımıza ümumxalq sevgisinin formalaşdırılması da məhz ulu öndər Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin açılışı, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi iştirakçıların diqqətinə çatdırılıb.

Sonra muzeyin ekspozisiyasına baxış olub.

 

                                                                                     Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: