Oktyabrın 26-sı saat 13:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində Naxçıvan Muxtar Respublikası Culfa rayonunda və Ordubadın Nürgüt kəndində güclü yağış müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a bildiriblər ki, düşən yağıntının miqdarı Culfada 30 (aylıq normanın 157 faizi), Ordubadın Nürgüt kəndində isə 28 millimetr (aylıq normaya yaxın) təşkil edib.
Eyni zamanda, qərb küləyinin güclənməsi nəticəsində Gəncədə küləyin ani maksimal sürəti saniyədə 24, Şəmkirdə 21 metrə bərabər olub.