Çinli müəllif Naxçıvandan yazıb

567

Çinin www.op46.com saytında Yu Wenying  adlı müəllifin Naxçıvanla  bağlı maraqlı yazısı yayımlanıb. “Ədalətsizliyin qurbanı olan anklav”     adlı yazıda Ermənistanın Naxçıvana qarşı düşmən münasibəti və Azərbaycanın ayrılmaz bu  hissəsində naxçıvanlıların hər gün bu hisslərlə yaşadığı vurğulanıb.

NUHÇIXAN həmin yazını təqdim edir.

                         Ədalətsizliyin qurbanı olan  anklav

“O, Qərbi Asiyanın ən böyük anklavıdır. O, öz doğma vətənindən nifrətin gücü ilə ayrı düşüb. Qərbi Asiyanın ən böyük anklavı olan bu muxtar respublika Azərbaycana məxsusdur. O,  həm də iki qitənin, Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Maraqlı burasıdır ki, cəmi 5,5 min kvadrat kilometr ərazisi olan bu anklav 3 dövlətlə əhatələnib. Amma bu ölkələrdən biri ilə-Ermənistanla münasibət gərgindir. Ermənistanı burda ölü bir yer sayırlar.

 Əgər bu  düşmənçiliyin  səbəbini bilmək istəyirsinizsə, onda siz mütləq Naxçıvanın necə bir yer olduğunu bilməli və onun gözəlliyini etiraf etməlisiniz. Bu, Nuhun Bibliyada da adı keçən Böyük daşqından sonra inşa etdiyi ilk şəhərdir. Bura bir vaxtlar Rusiyanın  İslam dünyasına  üz tutmaq üçün   yeganə yolu olub.  Burda nə zamansa çoxlu dövlətlərin marağı toqquşub. Naxçıvana  bir zaman məqsədli olaraq ermənilər də köçürülüb. Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan Ermənistan ötən əsrin 90-cı illərində Naxçıvanı da işğal etməyə çalışıb. Lakin ciddi müqavimətlə qarşılaşaraq bu niyyətini gerçəkləşdirə bilməyib.

Azərbaycanlılar – əvvəlki kimi yenə də çox insanpərvərdirlər! Bu məkan barədə hələ də dünyada çox az adam bilir. Müəllif olaraq  deyə bilərəm ki, burda turizm üçün çox zəngin baza olduğunu kəşf etdim. Son illər bu sahədə inkişaf gedir”.

Yu Wenying  daha sonra yazır:

“Bakıda insanı valeh edən mədəniyyət mərkəzinin binalarıdır. Bu dünya memarlarının əl işidir. Bu binalar zahiri görünüşü ilə adamı şoka salır. Ağ bina elm və texnologiyanın təzahürüdür…Muzeydə xüsusi incəsənət atmosferi var. İçəridəki eksponatlar milli və zəngindir. Mənim ən çox xoşuma gələn sərgi salonlarından biri milli musiqi və geyimlərin nümayiş olunduğu yerdir. Müxtəlif geyim və musiqi alətləri insanı özünə cəlb edir.

İstər paytaxt olsun, istərsə də bölgələr , bura çox unudulmaz bir yerdir. Maraqlanan dostlar istəsələr daha çox məlumat əldə edə bilərlər. Həqiqətən də bu ölkədə axtarmalı və görməli çox şeylər var” !

 

Səməd Canbaxşiyev

Anar Tağıyev

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: