Zinəddin Zidan “Real Madrid” klubunun baş məşqçisi vəzifəsindən istefa verib

196

“Real Madrid” futbol klubunun baş məşqçisi Zinəddin Zidan vəzifəsindən istefa verib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, Zidan qərarını mayın 31-də təşkil olunan mətbuat konfransında açıqlayıb. Mətbuat konfransında klubun prezidenti Florentino Peres də iştirak edib.

Zinəddin Zidan 2016-cı il yanvarın 4-də Madrid klubuna baş məşqçi təyin olunub. Fransalı mütəxəssis bu postda ispaniyalı Rafael Benitesi əvəzləyib.

Onun rəhbərliyi ilə “Real Madrid” İspaniya çempionu və ölkə Super Kubokunun qalibi olub. Madrid təmsilçisi fransalı mütəxəssislə birlikdə üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun və eyni sayda klublararası dünya çempionatının qızıl medallarını qazanıb. Kral klubu Zinəddin Zidanın rəhbərliyi ilə ümumilikdə 9 kuboka sahib olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: