Çində ikinci internet məhkəmə açılıb

159

Çin ərazisində ikinci internet məhkəmə Pekində açılıb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu məhkəmə növü iddiaçı və cavabdehin iştirakını nəzərdə tutmur. Bütün məhkəmə prosedurlarını instansiyanın saytında həyata keçirmək olar. Məhkəmə dinləmələri və hökmün çıxarılması, həmçinin real vaxt rejimində videoyayım vasitəsilə onlayn keçiriləcək.

Məhkəmədə internetlə bağlı işlərə (məsələn, onlayn ticarətdə fırıldaqçılıq halları, onlayn borc müqavilələri üzrə mübahisələr, müəllif hüquqlarının pozulması və sair) baxılacaq.

Çində ilk internet məhkəmə ötən ilin avqustunda Çjeszyan əyalətinin Xançjou şəhərində açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: