Bu gün UEFA Millətlər Liqasında daha 8 oyun keçiriləcək

135

Bu gün UEFA Millətlər Liqasında II turun növbəti matçları keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, ikinci oyun günündə 4 liqada 8 qarşılaşma oynanılacaq.

A Liqasında 3-ci qrupun görüşündə Portuqaliya İtaliyanı qəbul edəcək. İlk turda pireneylilər istirahət edibsə, İtaliya səfərdə Polşa ilə heç-heçə edib – 1:1.

B Liqasında da bir oyun olacaq. 2-ci qrupda İsveç Türkiyəni qəbul edəcək. Millətlər Liqasında debüt edəcək skandinaviyalılarla müqayisədə “ay-ulduzlular” ilk turda evdə Rusiyaya uduzub – 1:2.

C Liqasında iki qrupda 3 oyun olacaq. 1-ci qrupda Şotlandiya Albaniyanı qəbul edəcək. Britaniyalılar ilk görüşünü keçirəcəksə, balkanlılar ikinci matçına çıxacaq. “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də yer aldığı komanda ilk turda İsrailə 1 qolla qalib gəlib.

4-cü qrupda Serbiya Rumıniyanı, Monteneqro Litvanı qəbul edəcək. İlk turda Serbiya səfərdə Litvaya minimal hesabla qalib gəlib, Rumıniya – Monteneqro görüşündə isə hesab açılmayıb.

Nəhayət, D Liqasında 3 oyun gerçəkləşəcək. 1-ci qrupda Andorra Qazaxıstanı qəbul edəcək. İlk turda Andorra səfərdə Latviya ilə heç-heçəyə nail olub – 0:0. Qazaxıstan isə evdə Gürcüstana uduzub – 0:2.

3-cü qrupda Azərbaycan millisi Maltanın, Farer adaları yığması Kosovonun qonağı olacaq. İlk turda Azərbaycan evdə Kosovonu yenə bilməyib – 0:0. Malta isə səfərdə Farer adaları yığmasına uduzub – 1:3.

UEFA Millətlər Liqası, II tur

A Liqası

3-cü qrup

Portuqaliya – İtaliya

B Liqası

2-ci qrup

İsveç – Türkiyə

C Liqası

1-ci qrup

Şotlandiya – Albaniya

4-cü qrup

Serbiya – Rumıniya

Monteneqro – Litva

D Liqası

1-ci qrup

Andorra – Qazaxıstan

3-cü qrup

Malta – Azərbaycan

Kosovo – Farer adaları

Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: