Çin tarixdə ilk dəfə olaraq Ayda uğurlu bioloji eksperiment keçirib

83

NUHÇIXAN “Arqumentı i faktı” nəşrinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının “Çane-4” kosmik aparatı tarixdə ilk dəfə olaraq Ayda bioloji eksperimenti müvəffəqiyyətlə yerinə yetirib.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, eksperimentin keçirilməsi üçün aparılan pambıq çiyidi özünün ilk cücərtilərini verib. Yerə göndərilən fotolarda bitkinin sürətlə böyüyən zoğları əks olunub.

Analoji eksperimentin kartof, raps, həmçinin digər bitki və bioloji növlərlə aparılması planlaşdırılır. Təcrübələrin keçirilməsi üçün Aya torpaq, su və hava aparılıb.

Xatırladaq ki, “Çane-4” bu il yanvarın 3-də Ayın əks tərəfinə enib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: