Qanunvericilikdəki dəyişikliklərlə bağlı təlimlər davam edir

348

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş bir sıra əlavə və dəyişikliklərin sahibkarlıq subyektlərində tətbiqinin təmini və məsələ ilə bağlı ətraflı izahın verilməsi məqsədilə təlim keçirilib. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində baş tutub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə danışıb. Daha sonra təlimə start verilib.

Təlim müddətində vergi sahəsində edilən dəyişikliklərlə bağlı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov çıxış edib və dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sosial sığorta və İşsizlikdən sığorta sahəsində edilmiş dəyişikliklər barəsində Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nihad Rəhimli məsələnin mahiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

Təlimin sonunda iştirakçılara Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun birgə təşəbbüsü ilə hazırlanmış əlavə və dəyişiklikləri özündə əks etdirən məlumat kitabçaları paylanılıb.

Təlimlər 14-18 yanvar tarixlərini əhatə edərək 5 gün ərzində davam edəcək. Tədris planına əsasən təlimlər muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən, ümumilikdə, 580 müəssisədən 702 sahibkar və maliyyə- mühasibatlıq işçisini əhatə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: