Builki Respublika Şahmat Olimpiadası Qubada keçiriləcək

109

Azərbaycan Şahmat Federasiyası 2019-cu il üçün tədbirlər planını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, il ərzində böyüklər və müxtəlif yaş qrupları üzrə ölkə çempionatları, beynəlxalq şahmat festivalları və digər respublika əhəmiyyətli yarışlar təşkil olunacaq. Ölkəmizdə ənənəvi keçirilən “Naxçıvan Open” və “Baku Open” beynəlxalq şahmat festivallarının bu ilin may və sentyabr aylarında keçirilməsi planlaşdırılıb.

Mayın 28-də rapid, iyulun 20-də isə blits üzrə ölkə çempionatlarının keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, 16 yaşadək uşaqlar arasında Respublika Şahmat Olimpiadasının keçiriləcəyi yer və tarix məlum olub. Belə ki, builki Olimpiada iyulun 12-dən 23-dək Qubada təşkil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: