Müasir tələblərə cavab verən əsgəri-məişət kompleksləri - VİDEO

173

Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ordu, birləşmə və hissələrdə müasir standartlar səviyyəsində əsgər yataqxanaları, əsgəri-məişət kompleksləri, Təlim-Tədris Mərkəzləri, Qərargah binaları, xəstəxanalar tikilib, sıra meydanı, idman şəhərcikləri salınıb. Həyata keçirilən tədbirlər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün tikilən yeni əsgəri-məişət kompleksləri də bu qəbildəndir. 

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıb.

NUHÇIXAN həmin videomaterialı təqdim edir

                                                                                    Rəmzi İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: