Bu körpüdən bir də keç

191

Qəlbində  yaşadırsan ulu öndər nəfəsin,

El-obaya nur yayır qurub-tikmək həvəsin,

Şənliyə bəstələyib Əlincəçay nəğməsin.

Qazançı sevincini yurdla paylaşanda keç,

Yaş üstə yaş qalayıb yaşın yüz olanda keç!

Bu körpüyə ikinci həyatı sən vermisən,

Baxmaqla göz doymayır-gözəlliyi görmüsən,

Möcüzələr yaradıb hər arzuna yetmisən.

El səsinə səs verir, Daş körpüdən öndə keç,

Yaş üstə yaş qalayıb yaşın yüz olanda keç!

Bu körpünü xeyirxah ulu babalar salıb,

Yüz minlər ondan keçib, kimlər yaddaşda qalıb?!

Yeni növraq gördükcə xoş xəyallara dalıb,

Keç körpüdən alqışla, tarixi zamanda keç,

Yaş üstə yaş qalayıb yaşın yüz olanda keç!

Yurda bağlı olubdur bizim ulu babalar,

İpək yolunu çəkib bu ellər, bu obalar.

Yurdun hər qarışında pozulmaz izlərin var,

Haçadağ vüqarlıdır, körpüm tam amanda, keç

Yaş üstə yaş qalayıb yaşın yüz olanda keç!

İnsan oğlu insana qeyrət kökündən gəlir,

Vədində gerçək olmaq ona gücündən gəlir,

Qabilin sözləri də elin içindən gəlir.

Rəhbərim, can verdiyin qalam boylananda keç,

Yaş üstə yaş qalayıb yaşın yüz olanda keç!

Qabil Abbas

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: