Babək rayonu abadlaşır
NUHÇIXAN xəbər verir ki, Babək rayonun Yuxarı və Aşağı Buzqov kəndlərində geniş miqyaslı tikinti-quruculuq işləri görülür. 5.2 kilometrlik məsafədə yol tikintisi aparılır. Genişləndirilən yolda yeni su keçidləri salınır.
Rayonun Aşağı Buzqov kəndindəki məktəb binası da yenidən qurulur. Məktəb 3 mərtəbəli, 154 şagird yerlik olacaq. Təhsil ocağında 11 sinif otağı, 2 elektron löhvəli sinif, idman zalı, müxtəlif laboratoriyalar yaradılacaq. Kənddə həmçinin kənd və xidmət mərkəzləri inşa olunaraq sakinlərin istifadəsinə veriləcək.
Son illər Babək rayonunda onlarla yeni mərasim evi tikilib. Hazırda yas mərasimlərinin əksəriyyəti əsasən bu evlərdə təşkil olunur. Babək rayonun Cəhri kəndində də bu məqsədlə mərasim evi tikilir. Mərasim evi iki salon və iki mətbəxdən ibarət olacaq. Babək rayon mərkəzində isə Elektrik şəbəkəsi üçün inzibati bina, məscid və dövlət qurumlarının yerləşdiyi bina yenidən tikilir. Bu tədbirlər Babək rayonun 40 illik yubileyinə ən yaxşı töhfədir.
Mətin Abbaslı
NUHÇIXAN