Naxçıvanda bu gün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilib

152

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Mərkəzdən NUHÇIXAN-a verilən məlumata görə, imtahan Naxçıvan şəhərində ümumilikdə 2 binada aparılıb. İmtahanların idarə olunmasına 7  imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 92 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 975 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00 da başlayıb və 3 saat davam edib. İmtahanlarda heç bir qayda pozuntusu qeydə alınmayıb.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: